“Gənclərin fəal iştirakçılığa cəlb olunması üzrə” işçi qrupunun görüşü keçirilib
13 Aprel 2023

Bu gün “Gənclərin fəal iştirakçılığa cəlb olunması üzrə” işçi qrupunun görüşü keçirildi.
Görüş zamanı ilk olaraq NAYORA-nın sədri Azər Əliyev çıxış edərək layihə haqqında ümumi məlumat verib, daha sonra Baş katibi Ramin Həbibzadə işçi qruplarının əsasnaməsini təqdim etmişdir.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, İşıqlı Gələcək İctimai Birliyinin sədri Samrin Xanlayev, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Aynurə Salmanlı, Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin sədri İlyas İsmayıllı, Yeni Yol Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Cavid Abdullayev, Addım Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Kamil Həmidov “Gənclərin fəal iştirakçılığa cəlb olunması üzrə” işçi qrupunun üzvləridir.
Görüş ümumi müzakirələr, ilkin təkliflərin verilməsi ilə yekunlaşmışdır.
Qeyd edək ki, işçi qrupları AR Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə NAYORA-nın nəzdində yaradılıb.