“Gənclərin Maliyyə Savadlılığına Dəstək” layihəsi çərçivəsində ilk təlim keçirildi

15 Noyabr 2022

“Gənclərin Maliyyə Savadlılığına Dəstək” layihəsi çərçivəsində ilk təlim keçirildi

“Gənclərin Maliyyə Savadlılığına Dəstək” layihəsi çərçivəsində ilk təlim Bakı şəhərində keçirildi.

Ümumilikdə 2 fazadan (Bakı və Gəncə) ibarət olan layihədə hər regiondan 15 gənc olmaqla təlimlərdə iştirak edirlər.

İlk fazası Rəvan Cəfərli tərəfindən keçirilən təlimdə iştirakçılar Ağıllı büdcə, Layihələrin idarəolunması zamanı büdcə planlaması, Gəlir və xərclərin planlaşdırılması, idarə olunması kimi mövzuları müzakirə ediblər.

Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, Gənc Mühasiblər Birliyinin təşkilatçılığı ilə NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” Proqramı - 2.0 çərçivəsində keçirilir.