“Gənclərin Maliyyə Savadlılığına Dəstək” layihəsi yekunlaşdı

24 Noyabr 2022

“Gənclərin Maliyyə Savadlılığına Dəstək” layihəsi yekunlaşdı

“Gənclərin Maliyyə Savadlılığına Dəstək” layihəsinin ikinci fazası Gəncə Gənclər Evində keçirildi və bununlada layihə yekunlaşdı.

İsa Şəfiyev tərəfindən keçirilmiş təlim zamanı iştirakçılarla layihələrin idarəolunması zamanı büdcə planlaması, gəlir və xərclərin planlaşdırılması, idarə olunması kimi mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, Gənc Mühasiblər Birliyinin təşkilatçılığı ilə NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” Proqramı - 2.0 çərçivəsində keçirildi.