Gənclərin paytaxtında “Gənclərin Şəxsi İnkişaf Düşərgəsi” başladı
8 Sentyabr 2023

Proqrama uyğun olaraq tədbir çərçivəsində NAYORA-nın Baş katibi Ramin Həbibzadənin çıxışı ilə rəsmi açılış baş tutmuş, daha sonra isə iştirakçıların şəbəkələşməsi məqsədilə sürətli tanışlıq oyunları keçirilmişdir.
Həmçinin, AR Milli Məclisinin deputatı Aydın Mirzəzadə ilə gənclərin interaktiv formatda görüşü keçirilib. Deputat tərəfindən iştirakçılların sualların cavablandırılıb, təklifləri dinlənilib.
Ardınca Avropa Tələbələr Formu - Bakı İctimai Birliyinin prezidenti Cəsur Mədətzadənin "Liderlikdə dinləmə bacarığının önəmi" mövzusunda seminarı baş tutub. Azərbaycan Skautlar Assosiasiyanın nümayəndəsi Qoşqar Qurbanovun fasilitatorluğu ilə 2 mərhələli "Komanda quruculuğu oyunları" ilə günə yekun vurulub.
Qeyd edək ki, görüş AR Gənclər İdman və Nazirliyi, AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.