Gənclərin sosial məsələləri istiqamətində təşəbbüslərin toplanması üzrə işçi qrupu ilə görüş keçirilib

17 Aprel 2023

Gənclərin sosial məsələləri istiqamətində təşəbbüslərin toplanması üzrə işçi qrupu ilə görüş keçirilib

Növbəti görüşümüz “Gənclərin sosial məsələləri istiqamətində təşəbbüslərin toplanması” üzrə işçi qrupu ilə baş tutdu.

Proqrama uyğun olaraq NAYORA-nın sədri Azər Əliyev çıxış edərək layihə haqqında ümumi məlumat vermiş, daha sonra Baş katibi Ramin Həbibzadə işçi qruplarının əsasnaməsini təqdim etmişdir.

Görüş zamanı ümumi müzakirələr aparılmış və işçi qrupunun üzvləri tərəfindən təkliflər səsləndirilmişdir.

Saf Həyat Naminə Gənclər İctimai Birliyinin sədri Dinara Bayramova, Azərbaycan Könüllü Təşkilatları İctimai Birliyinin Baş katibi Vüqar Əliyev, İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədov, Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova, Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyinin sədri Hafiz Əzəmmədov, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı İctimai Birliyinin sədri Vüqar Qədirov, Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri Tünzalə Cavadova, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyəti İctimai Birliyinin İcraçı direktoru Cavid Rəhimov işçi qrupunun üzvləridir.

Qeyd edək ki, işçi qrupları AR Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə NAYORA-nın nəzdində yaradılıb.