Gənclərin Şəxsi İnkişaf Düşərgəsi yekunlaşdı
13 Sentyabr 2023

NAYORA-nın sədri Azər Əliyev bağlanışda çıxış edərək iştirakçıların layihə ilə bağlı fikir və təkliflərini dinləmiş, həmçinin öz fikirlərini də bölüşmüşdür.
Proqrama uyğun olaraq son günlər təlimçi Orxan Əliyevin "CV və rezüme hazırlanması", Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin nümayəndəsi Tərlan Kərimovun "Natiqlik bacarıqlarına necə yiyələnməli?", Elgün Məmmədovun “Xaricdə təhsil”, NAYORA-nın İdarə Heyətinin üzvü Samrin Xanlayevin fasilitatorluğu ilə “Bədən dili və ünsiyyət bacarıqları” mövzusunda təlimlər baş tutub.
Təlimlər interaktiv formatda keçirilmiş, qrup işləri, müxtəlif vörkşopları və enercayzerləri özündə cəmləşdirmişdir.