“Gənclərlə İş üzrə Menecerlərin İnkişaf Proqramı” layihəsi çərçivəsində “Effektiv Kommunikasiya” mövzusunda görüşümüz baş tutub
21 İyun 2022

Bu gün Gənclər təşkilatlarının Baş katibləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramovla “Gənclərlə İş üzrə Menecerlərin İnkişaf Proqramı” layihəsi çərçivəsində “Effektiv Kommunikasiya” mövzusunda görüşümüz baş tutdu.
Görüş zamanı nitqdən düzgün istifadə, səlis danışıq üçün vacib məqamlar kimi mövzular ətrafında müzakirələr aparıb, öz fikirlərimizi səsləndirdik.
İnteraktiv keçən görüşün sonuna doğru iştirakçıların sualları cavablandırıldı və sertifikatları təqdim edildi.