Gənclərlə iş sahəsində çalışanların rəqəmsallaşması təlimində iştirak edirik

18 Noyabr 2022

Gənclərlə iş sahəsində çalışanların rəqəmsallaşması təlimində iştirak edirik

Gürcüstanın Bakuriani şəhərində 8 Avropa İttifaqı və tərəfdaş ölkələrdən ümumilikdə 34 nəfər iştirakçı ilə keçirilən “Gənclərlə iş sahəsində çalışanların rəqəmsallaşması” təlimində NAYORA olaraq biz də iştirak edirik.

Layihədə NAYORA-nın İdarə Heyətinin üzvü Ülkər Xanlarova, həmçinin əməkdaşlarımız Rüstəm Bağırov, Nurlan Kərimov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq əlaqələr və donorlarla iş üzrə meneceri Leyla Novruzlu iştirak edir.

Qeyd edək ki, təlim kursunun məqsədi gənclərlə işə dair müxtəlif nəzəriyyələr, rəqəmsal alətlər və təcrübələrə əsaslanan fəaliyyətləri həyata keçirmək üçün bu sahədə çalışanların bacarıqlarının artırılmasını nəzərdə tutur. Həmçinin layihə gənc işçiləri multiplayer kimi yetişdirməyi hədəfləyir.