“Gənclərlə iş sahəsində fəaliyyətlərin əlaqələndirilməsi məsələləri üzrə İşçi qrupları”nın üzvlərinin Fərid Qayıbovla görüşü keçirilib
27 May 2023
25 may tarixində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovla “Gənclərlə iş sahəsində fəaliyyətlərin əlaqələndirilməsi məsələləri üzrə İşçi qrupları”nın üzvlərinin növbəti görüşü keçirilib.
Görüş zamanı ilkin olaraq İşçi qrupları, onların üzvləri və fəaliyyətləri haqqında ümumi məlumat verib.
Proqrama uyğun olaraq İşçi qrupunun üzvləri tərəfindən təqdimatlar edilib və irəli sürülən təkliflər müzakirə olunaraq bir sıra nəticələrə gəlinib.
Görüş zamanı növbəti mərhələlərdə İşçi qrupları tərəfindən aidiyyəti istiqamətlərdə fəaliyyətlərin həyata keçirilməsi və müzakirələrin davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, İşçi qrupları AR Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə NAYORA-nın nəzdində yaradılıb.