Gənclərlə iş üzrə Menecerlərin İnkişaf Proqramını uğurla yekunlaşdırdıq.
5 İyun 2022

Gənclərlə iş üzrə Menecerlərin İnkişaf Proqramını uğurla yekunlaşdırdıq.
Günün ilk yarısı ADA Universitetinin dekanı Anar Vəliyev tərəfindən "Qərarvericilik prosesində təhlil və lobbiçilik" mövzusunda təlim keçirildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, günün ikinci yarısı Anar Vəliyevin "Peşəkar inkişaf: Məqsəd və hədəflərin planlaşdırılması" təlimi ilə davam etdi.
Daha sonra AR Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov ilə "Gənclər təşkilatlarının idarə olunmasında Baş katib və
ekvivalent şəxslərdən olan gözləntilər" mövzusunda qeyri-formal görüş keçirildi.
Günün sonuna doğru isə "Baş katiblərin növbəti görüşdən olan gözləntiləri və təkliflərin toplanması" istiqamətində qrup işi keçirilmiş və bağlanış mərasimi baş tutmuşdur.
Məlumat üçün vurğulayaq ki, AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilən layihənin iştirakçıları gənclər təşkilatlarında fəaliyyət göstərən Baş katiblər və ya səlahiyyət baxımından ekvivalent olan şəxslər oldular.