Gənclərlə iş üzrə Menecerlərin İnkişaf Proqramının ikinci günü
4 İyun 2022

Gənclərlə iş üzrə Menecerlərin İnkişaf Proqramının ikinci günü
Qeyd edək ki, səhər enercayzeri ilə başlayan gün daha sonra Dosent, təlimçi Təyyar Mustafayevin "Müasir idarəetmənin texnikaları və təşkilati mədəniyyət" mövzusunda sessiyası ilə davam edib.
Günün ikinci yarısı Təyyar Mustafayevin "Təşkiletmə və fəaliyyətlərə nəzarət mexanizmi" mövzusunda təlimi baş tutub.
Günün sonuna doğru isə NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə "Gənclər təşkilatlarının
fəaliyyətlərində çatışmayan məsələlər və gənclərin aktiv cəlb edilməsi üsulları" mövzusu ətrafında açıq havada müzakirə keçirilib.
Məlumat üçün vurğulayaq ki, AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilən layihənin iştirakçıları gənclər təşkilatlarında fəaliyyət göstərən Baş katiblər və ya səlahiyyət baxımından ekvivalent olan şəxslərdir.