Goranboy gəncləri üçün "Sabah üçün Vətəndaşlıq” təlimi keçirilib

16 Avqust 2023

Goranboy gəncləri üçün "Sabah üçün Vətəndaşlıq” təlimi keçirilib

Goranboy gəncləri üçün 2 gün müddətində "Sabah üçün Vətəndaşlıq” təlimi keçirilib.

Təlim zamanı iştirakçılara aktiv vətəndaşlıq, vətəndaşlığın növləri, ictimai vəkillik kimi mövzular üzrə ətraflı məlumat verilib, interaktiv müzakirə sessiyaları keçirilib və praktiki oyunlar təşkil edilib.

“Beynəlxalq Fəaliyyətlər ayı” çərçivəsində keçirilən təlimlərin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, təlimlər Avropa Gənclər Fondunun dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən “Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində həyata keçirilən davamlılıq (follow-up) layihəsidir.