Görkəmli dövlət xadimi Azad Rəhimov uzun sürən ağır xəstəlikdən sonra ömrünün 57-ci ilində vəfat etmişdir.

5 Yanvar 2021

Görkəmli dövlət xadimi Azad Rəhimov uzun sürən ağır xəstəlikdən sonra ömrünün 57-ci ilində vəfat etmişdir.

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli dövlət xadimi Azad Rəhimov uzun sürən ağır xəstəlikdən sonra ömrünün 57-ci ilində vəfat etmişdir.

Azad müəllimin vaxtsız vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına bütün gənclər təşkilatları adından baş sağlığı verir, səbir diləyirik.

Azad Rəhimov biz gənclərin yaddaşında Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsində çalışdığı uzun illər ərzində Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi işinə verdiyi əvəzsiz töhfələri ilə qalacaqdır.

Gənclərin təşkilatlanması, öz imkan və potensiallarını reallaşdırması, hərtərəfli inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayan Azad müəllim nazir vəzifəsində olduğu illər ərzində gənclərin həqiqi dostu olmağı, onların istək və tələbatlarını dərindən başa düşməyi bacardı, gənclərin təşəbbüslərinin, ideya və fikirlərinin dəstəklənməsi, onların yaradıcılıq potensiallarının üzə çıxarılması üçün işlək mexanizm yaratmağa nail oldu.

Həyatı və fəaliyyəti, xalqına və dövlətinə sədaqəti biz gənclər üçün örnək olan, gənclərin dostu, qayğıkeş insan, görkəmli dövlət xadimi Azad Rəhimovun parlaq xatirəsi yaddaşımızda əbədi yaşayacaqdır!

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının gənclər təşkilatları