Güclü Atalar, Güclü Qızlar - Qız Övladlarının Dəyərinin Təşviqi və Qızların Səlahiyyətləndirilməsi
24 Noyabr 2021

"Güclü Atalar, Güclü Qızlar - Qız Övladlarının Dəyərinin Təşviqi və Qızların Səlahiyyətləndirilməsi" layihəsi çərçivəsində ilk təlimimiz Mingəçevir şəhər Gənclər evində həyata keçirildi.
Layihənin əsas məqsədi Azərbaycanda oğul övladlarına üstünlük verilməsinin yaxın gələcəkdə yaradacağı fəsadlar barədə məlumatlılığı artırmaq, həmçinin qızların dəyərinin aşılanması və onların səlahiyyətləndirilməsinin təşviqindən ibarətdir.
Təlim çərçivəsində interaktiv müzakirələr, təqdimatlar və qrup işləri vasitəsilə gənc atalar və ata olmağa hazırlaşan gənclər gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələr barədə məlumatlandırıldı, həmçinin qız övladlarının sağlam şəxsiyyət və uğurlu vətəndaş kimi formalaşması və səlahiyyətləndirilməsi üçün ataların üzərinə düşən məsuliyyət və öhdəliklər vurğulandı.
Ev sahibliyi və dəstək üçün Mingəçevir şəhər Gənclər evinə minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun (UNFPA) həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması" proqramı çərçivəsində həyata keçirilir.