İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması
13 Avqust 2021

“İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması” layihəsinə start veririk 🤩
Layihənin həyata keçirilməsində əsas məqsəd gənc qız və qadınların ictimai və sosial həyatlarında təməl hüquqlarını müdafiə etmələri üçün maarifləndirmə və səlahiyyətləndirmə fəaliyyətlərinin aşılanmasıdır.
Məlumat üçün qeyd edək ki, layihə 7-11 və 26-30 sentyabr tarixlərində uyğun olaraq Lənkəran və Gəncə şəhərlərini əhatə edəcək.
İştirak etmək üçün kriteriyalar:
📌18-29 yaş arasında olmalı;
📌Layihənin sonuna qədər tam iştirak etmək imkanı olmalı;
📌Gənclərin səlahiyyətləndirilməsi sahəsində bilik və təcrübəyə və ya öyrənmə həvəsinə sahib olmalı;
📌Gəncə - Qazax və Lənkəran- Astara zonasından olan şəxslər iştirak edə bilərlər.
Bildirmək istərdik ki, NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilən layihə Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilir.
Layihə çərçivəsində nəqliyyat, yaşayış və qidanlma xərcləri tərəfimizdən qarşılanır.
📢Qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərsiniz : https://bit.ly/3fZMQkx
Məlumat paketi: https://bit.ly/3sdVgJH