İctamai Nəzarət qruplarının maarifləndirici tədbirləri davam edir

17 Noyabr 2020

İctamai Nəzarət qruplarının maarifləndirici tədbirləri davam edir

İctimai Nəzarət qruplarının paytaxtımızda keçirilən maarifləndirici tədbirləri davam etməkdədir.

Gənc Vətənpərvərlər İctimai Birliyi üzvlərindən ibarət İctimai Nəzarət qrupları paytaxt Bakıda maarifləndirmə işləri həyata keçirərək koronavirus pandemiyası ilə mübarizədə ehtiyatlı olmağa, bütün gigiyenik tədbirlərə əməl etməyə, özlərini və ətrafındakıları qorumağa dair gənclərimizə səsləniblər.

Eyni zamanda davam etməkdə olan qələbə sevincini gənclərlə bölüşüblər.

Qeyd edək ki, İctimai Nəzarət Qrupları Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir.

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation

#AzGF #NAYORA #İctimaiNəzarətQrupları