İctimai Maarifləndirmə Qrupları öz fəaliyyətlərini başa vurdu.

21 Aprel 2021

İctimai Maarifləndirmə Qrupları öz fəaliyyətlərini başa vurdu.

İctimai Maarifləndirmə Qrupları öz fəaliyyətlərini başa vurdular. 30 Gənclər təşkilatının nümayəndələrindən ibarət İctimai Maarifləndirmə Qrupları:

🔹COVID-19 pandemiyasına qarşı mübarizə və vaksinasiya prosesinin vacibliyi haqqında gənclər arasında maarifləndirici söhbətlər apardı;
🔹II Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlərimiz haqqında məlumatlandırma apardı;
🔹“Nizami Gəncəvi ili” ilə əlaqədar olaraq gənclər arasında maarifləndirmə işləri həyata keçirdi;
🔹Şəhid və qazi ailələrinin ziyarət olunması və işğaldan azad edilmiş torpaqlarımızda gənclərin gələcəkdə reallaşdırmaq istədikləri layihələr barədə fərdi müzakirələr aparıldı və sorğular keçirildi.

İctimai Maarifləndirmə Qruplarının fəaliyyətində bizə dəstək olan bütün gənclər təşkilatları nümayəndələrinə və gənclərə təşəkkürümüzü bildiririk!🤗

📌Qeyd edək ki, İctimai Maarifləndirmə Qrupları Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

#AzGF #GənclərFondu #NAYORA #İctimaiMaarifləndirməQrupları #GənclərTəşkilatları #Birlikdə