İctimai Maarifləndirmə Qrupları paytaxtda fəaliyyətinə davam edir

5 Mart 2021

İctimai Maarifləndirmə Qrupları paytaxtda fəaliyyətinə davam edir

Erasmus Tələbə Şəbəkəsi  Azərbaycan İctimai Birliyinin nümayəndələrindən ibarət İctimai Maarifləndirmə qruplarının paytaxt Bakımızda fəaliyyətindən kadrları sizə təqdim edirik.

Qeyd edək ki, İctimai Maarifləndirmə layihəsi Azərbaycan Gənclər Fondunun  maliyyə dəstəyi ilə həyata keçirilir və layihənin əsas istiqamətlərindən biri II Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında gənclərin maarifləndirilməsidir.

Hazırda İctimai Maarifləndirmə Qrupları öz fəaliyyətinə paytaxt və regionlarda bu istiqamət üzrə davam etməkdədir.