İlk ictimai müzakirə “Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” mövzusunda keçiriləcək.

9 İyun 2020

İlk ictimai müzakirə “Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” mövzusunda keçiriləcək.

Son müraciət tarixi: 11 İyun 2020

MÜRACİƏT ET

Siz bu yazını oxuduğunuz müddət ərzində dünyada hər 4 qadından 1-i cinsi, fiziki, iqtisadi və ya psixoloji zorakılığa uğramış olacaq. Siz hələ də buna səssiz qalırsınız?

Gücümüzü birləşdirərək zorakılıq hadisələrinin aradan qaldırılması, bu mövzuya diqqətin artırılması və ictimai fikir mübadiləsi üçün NAYORA və “Gender Talks” təşəbbüs qrupu ilə “Qadın və qızlara qarşı zorakılıqla mübarizə” adlı uzunmüddətli ictimai müzakirələr silsiləsinə start vermək üçün birləşir.

---

İlk ictimai müzakirə haqqında məlumat:

➡️Mövzu: “Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə”

➡️Təlimçi: Gender Bərabərliyi üzrə mütəxəssis Zümrüd Cəlilova Hutton
➡️Müraciət üçün son tarix: 11 iyun 2020-ci il, saat 14:00
➡️Ətraflı məlumat üçün link: https://bit.ly/3cNU8U6 
➡️Müraciət üçün link: bit.ly/3dKNQG9

Nəzərinizə çatdıraq ki, ictimai müzakirələr uzunmüddətlidir və silsilə olaraq hər həftə müxtəlif gender mövzularında keçiriləcəkdir. Qeydiyyatdan bir dəfə keçən hərkəsə növbəti müzakirələr mövzusu haqqında məlumat göndəriləcək.

🔻Qeyd 1: Müzakirələrdə iştirak etmək üçün qeydiyyat formunun doldurulması zəruridir.
🔻Qeyd 2: Silsilə müzakirələr ZOOM platforması üzərindən keçiriləcəkdir.

#QadınZorakılığınaYox