İlk ictimai müzakirəmizin eksperti Zümrüd Cəlilovanı Huttonu daha yaxından tanıyaq!

10 İyun 2020

İlk ictimai müzakirəmizin eksperti Zümrüd Cəlilovanı Huttonu daha yaxından tanıyaq!

Hər birinizi ilk ictimai müzakirəmizin eksperti Zümrüd Cəlilova Huttonu daha yaxından tanımağa dəvət edirik🤗

Zümrüd Cəlilova Hutton Facebook-da Gender Talks adlı sosial platformanın təsisçisidir. Böyük Britaniyanın Bristol Universitetində Gender və Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsini alıb. Zümrüd Cəlilova Hutton Cenevrədə yerləşən BMT-in Avropa ölkələri üzrə İqtisadi Komissiyasında (UN ECE) təcrübə proqramı keçmişdir, həmçinin Riga Graduate School of Law universitetinin, Avropa Hüququ və İqtisadiyyatı mövzusunda mütərəqqi programının məzunudur. 2019 ildə, o "Sosial Təsir" üzrə Britan Məzunu mükafatını qazanıb və global finalist seçilib.


Zümrüd Cəlilova Hutton beynəlxalq və yerli QHT-lərdə çalışmış, 100-dan artıq layihə və təşəbbüslərdə iştirak etmiş və təlimlər keçmişdir. Bakı Dövlət Universitetində "Genderə giriş" fənnini 3 dildə (azərbaycan, rus, ingilis) tədris edib. O, Gender üzrə Məsul Şəxslər (Gender Focal Points) üçün ilk Alətlər Dəstini yazıb və bir neçə məqalələrin müəllifidir.

Eyni zamanda Equals komandası ilə birgə "Cəsur Qızlar" kitabını ərsəyə gətirib, nəticədə Azərbaycanın 7-dən çox bölgəsində 4000-dən artıq nüsxə paylanılıb.