İntihar hallarının qarşısının alınması”na dair maarifləndirmə görüşləri
7 Dekabr 2021

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və LOQOS Psixologiya və Nitq inkişaf mərkəzinin tərəfdaşlığı ilə gənclər arasında “İntihar hallarının qarşısının alınması”na dair maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı Gənclər Təşkilatlarının Resurs Mərkəzində peşəkar psixoloqların psixologiya sahəsinə həvəsli gənc könüllülərlə görüşü baş tutmuşdur.
Layihənin həyata keçirilməsində əsas məqsəd təhsil müəssisələrində baş vermiş intihar hallarının araşdırılması, müəyyənləşdirilməsi və bundan sonra bu cür halların baş verməməsi üçün gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərinin aparılmasından ibarətdir.