İslam Əməkdaşlıq Təşkilatı ilə görüş

3 Noyabr 2021

İslam Əməkdaşlıq Təşkilatı ilə görüş

3 noyabr 2021-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin ofisində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və Baş katib Ramin Həbibzadənin Mərkəzin Baş direktoru Vüsal Qurbanov və Baş direktorun müavini Sevinc İsgəndərova ilə görüşü baş tutmuşdur.

Görüş zamanı gənclərlə iş sahəsində yerli və beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılan layihələr haqqında müzakirələr aparılmış, cari fəaliyyətlər və ikitərəfli əlaqələrlə bağlı məsələlərə toxunulmuşdur.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinə dəvət və görüş üçün təşəkkürümüzü bildiririk.

Görüşdən olan görüntüləri sizinlə bölüşürük.

Eurasian Regional Center of ICYF