İstanbulda keçiriləcək konfransda siz də iştirak hüququ qazanın
21 Avqust 2020

Son müraciət tarixi: 6 Sentyabr 2020
Müxtəlif NEET vəziyyətləri üçün fərqli yanaşmalar.
Tarix: 8- 12 dekabr 2020
Məkan: İstanbul, Turkiyə
Proqramın məqsədi:
Konfrans NEET(Not in Education Employment or Training) vəziyyətində olan gənclər üçün daha yaxşı fürsətlər yaratmaq və onların cəmiyyətə fəal şəkildə cəlb olunmasına, əmək bazarına inteqrasiyasına nail olmaq üçün müxtəlif sektordan olan mütəxəssislər arasında işbirliyinə və mübadiləyə dəstək olmağı hədəfləyir.
İştirakçı tələbləri:
NEET vəziyyətlərində həssas gənclərin problemləri üzrə iş təcrübəsi olan 80 mütəxəssis tələb olunur. Beynəlxalq təcrübə mütləq deyil.
• Gənclər işçilər / gənclər liderlər ( gənclər ilə iş üzrə çalışan və gənclərlə birbaşa NEET vəziyyətində işləyənlər)
• Müəllimlər, alternativ təhsil işçiləri, peşə proqramı işçiləri
• Sosial işçilər, sosial xidmətlər üzrə nümayəndələr
• Sosial təminatla bağlı cavabdeh olan yerli hakimiyyət orqanları
• İşəgötürənlər, təcrübə proqramları, məşğulluq agentlikləri, iş mərkəzləri, iş klubları.
• NEET-ə fokuslanan tədqiqatçılar,alimlər
• Gənclərlə birbaşa işləyən digər sektor mütəxəssisləri: səhiyyə, ədliyyə, idman, polis, təhsil, həmkarlar ittifaqları.
Müraciət üçün link: https://www.salto-youth.net/tools/european-training-calendar/training/conference-on-track-4-different-youth-work-approaches-for-different-neet-situations.8650/
Müraciət üçün son tarix: 6 sentyabr 2020
#NAYORA #AzeYouthPolicy #YouthStrategy