İşçi Qruplarına müraciətləri açıq elan edirik
5 Aprel 2023

Son müraciət tarixi: 8 Aprel 2023
Əziz gənclər təşkilatlarının rəhbər və nümayəndələri,
İşçi Qruplarına müraciətləri açıq elan edirik.
📌 Gənclər təşkilatlarının rəhbərləri və adiyyəti qurumların nümayəndələrindən ibarət 3 istiqamət üzrə İşçi Qrupları yaradılır:
✔️ Gənclərin fəal iştirakçılığa cəlb olunması üzrə işçi qrupu;
✔️ Gənclər siyasətinin planlaşdırılması, inkişafı və təkliflərin toplanılması üzrə işçi qrupu;
✔️ Gənclərin sosial məsələləri istiqamətində təşəbbüslərin toplanılması üzrə işçi qrupu.
İşçi Qruplarının yaradılmasında əsas məqsəd dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı təkliflərin toplanılması prosesində gənclər təşkilatlarının iştirakçılıq səviyyəsinin artırılması və gənclərin təşkilatlanması yolu ilə onların ictimai fəallığının təmin edilməsidir. Eyni zamanda, qeyd olunan istiqamətlər üzrə yeni təşəbbüslərin irəli sürülməsi ilə, aidiyyəti sahələr üzrə layihə və fəaliyyətlərinin həyata keçirilməsi də əsas məqsədlərdəndir.
İşçi Qruplarına müraciət edəcək namizədlərə dair tələblər aşağıdakılardır:
☑️ Gənclər təşkilatının rəhbəri və ya İdarə orqanının üzvü olmalıdır;
☑️ Gənclərlə iş sahəsində minimum 3 il və daha çox təcrübəyə malik olmalıdır;
☑️ Komanda ilə iş qabiliyyəti yüksək səviyyədə olmalıdır;
☑️ Təkliflərin toplanılması, təhlil olunması, araşdırmaların aparılması və sənədləşdirilməsi üzrə təcrübəsi olmalıdır;
☑️ Müraciət edəcəyi İşci Qrupunun istiqamətinə uyğun təcrübəsi olmalıdır;
☑️ İşçi Qruplarının görüşlərində mütəmadi şəkildə iştirak etməlidir.
📌 Qeyd edək ki, İşçi Qrupları AR Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə AR Gənclər Təşkilatları Milli Şurasının nəzdində yaradılır.