IB Club "Bu günün tendensiyaları" inkişaf marafonu

21 May 2020

IB Club "Bu günün tendensiyaları" inkişaf marafonu

Son müraciət tarixi: 23 May 2020

MÜRACİƏT ET

🏠#evdəqal, #inkişafdanqalma devizi ilə karantin müddəti boyunca müxtəlif onlayn vebinarlar, onlayn şəkildə davam edən rus, ingilis, alman dili danışıq klubları ilə qarşınızda olan IB Club bu dəfə İnkişaf Marafonu ilə sizin inkişafınızın qayğısına qalacaq.⁣⁣

Layihənin keçirilməsində məqsəd karantin dövründə gənclərimizin şəxsi inkişafına dəstək olmaq, onların vaxtlarını daha səmərəli keçirilməsini təmin etməkdir. "İnkişaf Marafonu" adlanan onlayn forumda müxtəlif sahələrdə fəaliyyət göstərən spikerlər gənclərimizlə öz təcrübələrini bölüşəcək və onlara faydalı, maraqlı məlumatlar ötürəcək.

24-25 May tarixlərində keçiriləcək İnkişaf Marafonuna qeydiyyatdan keçmək üçün aşağıda qeyd olunmuş linki tam doldurmağınız xahiş olunur. İştirak ödənişsizdir. İnkişaf Marafonuna qatılmaq üçün qeydiyyat mütləqdir.⁣⁣

Qeyd edək ki, düzgün e-mail ünvanı qeyd etmək vacibdir. Sizə marafon barədə ətraflı məlumat və vebinarlara qatılmaq üçün link e-mail vasitəsilə göndəriləcəkdir. 


Linki dostlarınız ilə də paylaşaraq onların da inkişafına dəstək ola bilərsiniz 😊


Uğurlar 🎉