“Intern Academy” layihəsinin təcrübəçiləri ilə görüş keçirilib

17 Noyabr 2022

“Intern Academy” layihəsinin təcrübəçiləri ilə görüş keçirilib

Artıq üçüncü dəfə təşkil edilən “Intern Academy” layihəsinin fəaliyyətlərini NAYORA-da davam etdirəcək təcrübəçiləri ilə görüş keçirilib.

Görüşdə 3 ay boyunca bizimlə birlikdə olacaq gənclərlə tanış olduq, NAYORA və gələcək fəaliyyətləri barədə özlərinə məlumat verdik.

Qeyd edək ki, “Intern Academy” layihəsi AR Gənclər və İdman Nazirliyi, AR Gənclər Fondu, UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.