Kəlbəcərin gəzməli, görməli yerlərini tanıyaq

9 Dekabr 2020

Kəlbəcərin gəzməli, görməli yerlərini tanıyaq

📌Kəlbəcərə gedən zaman ilk haranı görmək istərdiniz?⬇️

🔸Gəlin, doğma Kəlbəcərimizin gəzməli görməli yerlərini birlikdə tanıyaq..

🔸Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. Bu sanatoriya Kəlbəcərin qərb hissəsində - silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su dünyada məşhur olan Karlovı-Varı bulaqlarının eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganə hesab olunur.

🔸Kəlbəcər, səfalı təbiəti ilə bərabər qədim alban məbədləri ilə diqqətləri üzərinə çəkmişdir. Bunlardan ən çox adını eşitdiyimiz "Xudavəng" məbədi ilə yanaşı, "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd" kimi digər alban məbədləri də vardır.

🔸Rayonumuzun ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"ləridir. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və.s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Yolunuz Kəlbəcərdən keçdikdə buradakı kustar şəkildə, bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvanlardan və.s ibarət bu daş kitabələrə də ziyarət etməyi unutmayın🤩

#KarabakhisAzerbaijan #KəlbəcərimİZ #QələbəmİZ