Kəlbəcərin mədəni irsini yaxından tanıyaq

6 Dekabr 2020

Kəlbəcərin mədəni irsini yaxından tanıyaq

📌Əziz gənclər, bizimlə Kəlbəcərin mədəni irsini daha yaxından tanıyın🤩⬇️

🔸Kəlbəcərin tarixi və etnoqrafiyası ilə yanaşı mədəni irsi də olduqca zəngindir. İlk olaraq Gəncəsər monastrından başlamaq istərdik. Monastrın adı, inşa edildiyi təpəlik ərazisinin adından götürülmüş, "gənc" və "sər" olmaqla iki hissədən ibarətdir. Hər iki söz pəhləvi dilindən gəlməklə "gənc" - xəzinə, "sər" - təpə, zirvə, hündür yer mənasını daşıyır. Bəzi müasir mənbələrdə isə abidənin adı Xəzinədağ olaraq qeyd edilir.

Gəncəsər monastrının baş kilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən 1216 - 1238- ci illərdə inşa edilmişdir. Kilsənin narteksinin inşası isə Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişiylə, 1240-cı ildən 1266-cı ilə qədər inşa edilmişdir.

🔸 Gəncəsər monastrı ilə yanaşı Kəlbəcərin mədəni irsinin dəyərli memarlıq abidələri olan Xudavənd məbəd kompleksi, Arzu-xatın məbədi, Hacı Əsəd körpüsü, Ağ körpü kimi bir çox abidələrin də adını çəkə bilərik.

🔸Kəlbəcər yalnız memarlıq-tarixi abidələri ilə deyil, həmçinin, tanınmış və dəyərli əsərləri olan incəsənət xadimləriylə də tanınır. 1893-cü il 15 martda Kəlbəcərin Dəmirçidam kəndində dünyaya göz açan Aşıq Şəmşir görkəmli el sənətkarıdır. Sənətkar ailəsində doğulan Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divan, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdır. Onun 40-dan artıq şəyirdi olmuşdur. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin bu gün tanınmış onlarla saz-söz sənətkarlarının yetkinləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olmuş, onun adını daşıyan "Aşıq Şəmşir" Mədəniyyət ocağı İctimai Birliyi 2015-ci ildən UNESCO-da məsləhətçi statusu almışdır.

#KarabakhisAzerbaijan #KəlbəcərimİZ #QələbəmİZ