Kəlbəcərin mədəniyyət nümunələri ilə tanış olaq

8 Dekabr 2020

Kəlbəcərin mədəniyyət nümunələri ilə tanış olaq

📌Gənclər, bu dəfə sizinlə Kəlbəcərin sənətkarlarını tanıyacağıq✒️⬇️

🔸Kəlbəcər mədəniyyəti deyən zaman ilk ağlımıza gələn bu torpaqda böyüyən dəyərli sənətkarlarıdır. Gəlin onları bir yerdə tanıyaq✒️

🔸Kəlbəcərin Dəmirçidam kəndində doğulan Aşıq Qurban Məşədi Məhərrəm oğlu sonralar Ağdabana köçərək ömrünün sonunadək orada yaşamışdır. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun külli miqdarda qoşması, gəraylısı, müxəmməsi, divanisi, təcnisi və.s formalarda şeirləri aşıqların və el-obanın dillər əzbəri olmuşdur. Aşıq Qurbanın Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri də yaddaşlardan yazılı ədəbiyyata keçmişdir. Onun əlyazmalarını oğlu, bu gün aşıq ədəbiyyatında Dədə zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlamış, ustad sənətkarın bir sıra şeirləri gələcək nəsillərə ötürülməsi üçün kitabçaya çevrilmişdir.

🔸Kəlbəcərin digər bir tanınmış ziyalısı və sənət dünyasına dəyərli incilər qatmış yazıçısı isəLaçın kəndində doğulan, Məmməd Arslan Azərbaycan - Türkiyə ədəbi əlaqələrinin yaranmasında ilk cığır açan, Türkiyəni Azərbaycana, Azərbaycanı Türkiyəyə tanıdan, eyni kökə, inanca, dilə və dinə mənsub qardaş xalqların qaynayıb-qarışmasına öz yazıları ilə dəstək verən ziyalı, tanınmış qələm sahibidir. Azərbaycan Yazıçılar birliyinin üzvü olan Məmməd Aslan, eyni zamanda «Şöhrət» ordeni ilə təltif olunmuşdur.

#KarabakhisAzerbaijan

#QələbəmİZ #KəlbəcərimİZ