“Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsi yekunlaşıb

13 İyun 2022

“Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsi yekunlaşıb

“Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsi çərçivəsində Ağsu rayonunda son təlimimiz keçirildi və bununla da layihəni yekunlaşdırdıq. 

Layihə çərçivəsində Zaqatala və Ağsu rayonlarının hər birindən 15 nəfər gənc olmaqla vasitəçilik, düzgün ünsiyyətin qurulması, mədəniyyətlərarası dialoq kimi mövzularda maarifləndirici təlimlər keçirildi.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən keçirildi.