“Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsinə start verdik
1 İyun 2022

Üzv təşkilatımız Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi ilə Zaqatala rayonunda “Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsinə start verdik.
Layihə çərçivəsində Zaqatala və Ağsu rayonlarından 15 nəfər olmaqla vasitəçilik, düzgün ünsiyyətin qurulması, mədəniyyətlərarası dialoq kimi mövzularda maarifləndirici təlimlər keçirilir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində baş tutur.