“Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsinin Zaqatala fazasını yekunlaşdı
9 İyun 2022

Üzv təşkilatımız Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi ilə həyata keçirdiyimiz “Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsinin Zaqatala fazasını yekunlaşdırdıq.
Vurğulayaq ki, layihə Zaqatala və Ağsu rayonları olmaqla iki fazadan ibarət olub. Ağsu rayonunda təlimlər davam edir. Düzgün ünsiyyətin qurulması, mədəniyyətlərarası dialoq kimi mövzular təlimin əsas müzakirə mövzularıdır.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində baş tutur.