“Kəndimizin İntellektual Gəncləri” layihəsi yekunlaşıb

18 Fevral 2023

“Kəndimizin İntellektual Gəncləri” layihəsi yekunlaşıb

İsmayıllının Quşencə kəndinin gəncləri üçün “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirildi və bununla da layihə yekunlaşdı.

4 kəndin gəncləri arasında təşkil edilən oyunda ümumilikdə 30-dan artıq komanda mübarizə aparıb. Azərbaycançılıq, tarix, mədəniyyət kimi mövzularda olan suallar iştirakçıların marağına səbəb olub.

“Kəndimizin İntellektual Gəncləri” layihəsinin məqsədi gənclərin elmə marağının artırılması, praktik bacarıqları aşılamaq, məktəblilərin respublika səviyyəli intellektual oyunlarda iştirak etməsi, onların ölkə gəncliyinə inteqrasiyasının təmin edilməsindən ibarətdir.

Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın Gənclər Təşkilatlarlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramı - 2.0 çərçivəsində “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyi tərəfindən keçirildi.