Könüllü koordinatorlarla görüş keçirilib

12 Mart 2023

Könüllü koordinatorlarla görüş keçirilib

Bu gün həm NAYORA-nın iki könüllülük proqramının koordinatoru olmuş, həm də bundan sonrakı proqrama koordinatorluq edəcək yeni seçilmiş gənclərlə görüşümüz baş tutdu.

Öncəliklə X və XI könüllülük proqramının koordinatorları ilə görüşüb onların bu müddət ərzindəki təəssüratlarını dinlədik, fəaliyyətlərinə görə təşəkkürümüzü bildirib sertifikatla təltif etdik.

Daha sonra isə yeni proqramın koordinatorları ilə görüşdük. Onlarla yaxından tanış olub gələcək fəaliyyətləri, proqramdan gözləntiləri, həmçinin təkliflərini dinlədik.

Gənclərimizə fəaliyyətlərində uğurlar arzu edirik.