Konsultativ görüş keçirilib
11 Yanvar 2023

Bu gün Gənclər Təşkilatlarının Resurs Mərkəzində Avropa Gənclər Fondu və Beynəlxalq Visegrad+ Fondunun qrant müsabiqəsinə müraciət ilə bağlı Konsultativ Görüş keçirilib.
NAYORA-nın Beynəlxalq Əlaqələr və Layihələr üzrə katibi Fatimə Əsədovanın təqdimatında keçirilən görüş zamanı üzv təşkilatların nümayəndələri qrant müsabiqəsinin şərtləri və layihə yazılışı ilə bağlı məlumatlandırılıb, vacib məqamları vurğulanıb və iştirakçıların ünvanladıqları suallar cavablandırılıb.
Məlumat üçün bildirək ki, Visegrad+ Fondu və Avropa Gənclər Fondunun qrant müsabiqəsinə müraciət üçün son tarix 1 fevral, 2023-cü ildir.