Könüllülərimizin fəaliyyətləri davam edir
22 Sentyabr 2021

Könüllülərimizin fəaliyyətləri davam edir.
Onların bu dəfəki toplaşmaq səbəbi debat oldu. İki gün davam edən görüşün ilk günü debat təlimi həyata keçirilmiş, ikinci gün isə “Pandemiya dövründə qazandıqlarımız və itirdiklərimiz” mövzusunda debat oyunu ilə davam etmişdir.
Oyunda NAYORA könüllüləri təsdiq və inkar komandalarına bölünərək mövqelərini müdafiə etmişlər. Daha sonra komandaların çıxışları dəyərləndirilmiş və sonda ən yaxşı natiq seçilmişdir.
Məlumat üçün bildirək ki, oyunun hakimi Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin əməkdaşı Aytən Cəbrayılova olmuşdur.
Aytən xanıma dəvətimizi qəbul edib, iştirak etdiyi üçün təşəkkürmüzü bildiririk.
Könüllülərimizə isə fəaliyyətlərində uğurlar arzu edirik.