Könüllülərlə iş üzrə menecer

14 Yanvar 2021

Könüllülərlə iş üzrə menecer

Son müraciət tarixi: 2 Yanvar 2021

Könüllülərlə iş üzrə menecer

❗️Lənkəran və Biləsuvar ərazisində yaşayan gənclərin nəzərinə!

“Müasir Gənclərin İnkişafına Dəstək” icitimai birliyi “Könüllülərlə iş üzrə menecer” axtarır.

📌“Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi 2010-cu ildə bir qurup region gəncinin təşəbbüsü ilə yaradılıb. Təşkilatın məqsədi regionda gəncələrin hərtərəfli inkişafına nail olmaqla, onlara müstəqil öyrənmə, təhsil imkanları yaratmaq, gənclərə fərdi inkişaf, liderlik, sahibkarlıq və karyera planlaşdırılması istiqamətində dəstək verməkdir. Təşkilatın fəaliyyətinin əhatə etdiyi ərazi Biləsuvar rayonu və Cənub regionu rayonlarıdır.

📌Təşkilat yerli və beynəlxalq layihələrdə, tədbirlərdə, təlim və seminarda könüllülərin işin əlaqələndirmək üçün “Könüllülərlə iş üzrə” menecer vəzifəsinə namizəd axtarır.

Namizəd nə əldə edəcək?

👉Dinamik komandada işləmə, ümumi idarəetmə, layihələrin, könüllərin idarəolunması təcrübəsi;
Təşkilatın növbəti layihələr və proqramlarında ödənişli iş imkanları;
👉Təşkilatın əməkdaşlığı çərçivəsində Yerli və Beynəlxalq tədbirlərdə iştirak etmə üstünlüyü;
👉Əlaqələrin genişləndirilməsi, yeni insanlar, dostların qazanılması;
👉Könüllülük təcrübəsi və göstərdiyi xidmətə görə təşkilat tərəfindən sertifikat.

❗️Müraciət üçün səhifəmizin mesaj bölməsinə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:

Ad, soyad
Yaş
Yaşadığı ərazinizi
Əlaqə nömrəniz