Layihələrin yazılması və idarə olunması üzrə təlim keçirildi
15 Yanvar 2022

NAYORA tərəfindən cari ilin yanvar ayı gənclər təşkilatlarında layihələrin yazılması və idarə olunması istiqaməti olaraq seçilmiş və bu istiqamətdə təlimlərə start verilmişdir.
Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən ilk təlimin müzakirə mövzusu “Layihələrin yazılması və idarə olunması” oldu.
Məlumat üçün bildirək ki, təlimlər 1 ay müddətində davam edəcək və sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, təlimlər Tofiq Sadıxov tərəfindən həyata keçirildi.