“Layihələrin idarə edilməsi və hesabatlılığı” fazasının təlimləri başladı
25 İyul 2023
Menecerlərin İnkişaf Proqramı çərçivəsidə keçirilən və 3 moduldan ibarət olan təlimlərin ikinci fazasına start verdik.
“Layihələrin idarə edilməsi və hesabatlılığı” fazasının təlimləri Gənclər Təşkilatlarının Resurs Mərkəzində Tofiq Sadıxov tərəfindən keçirilir. Təlimlərdə 20 gənclər təşkilatının nümayəndəsi iştirak edir.
Qeyd edək ki, ikinci fazası 28 iyuladək davam edəcək layihə AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.