“Layihələrin yazılması” istiqamətində təlimlərə start veririk
23 İyun 2023

Layihə koordinatorlarının nərəzinə!
Bakı şəhərində gənclər təşkilatları üçün 3 moduldan ibarət layihələrin yazılması və idarəedilməsi təlimlərinə start veririk.
11-15 iyul tarixlərində keçiriləcək I modul təlimləri “Layihələrin yazılması” istiqamətini əhatə edəcək. Ümumilikdə 20 gənclər təşkilatının nümayəndəsinin iştirakı ilə 3 moduldan ibarət olacaq təlimlərin hər birində iştirak etmiş gənclər sertifikat ilə təltif olunacaqlar.
I modul təlimləri üçün qeydiyyat yaxın zamanda elan olunacaq, səhifəmizi izləmədə qalın!
Qeyd edək ki, Menecerlərin İnkişaf Proqramı çərçivəsində keçirilən layihə AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə baş tutacaq.