Masallı gəncləri üçün İKT bacarıqlarının artırılması və sosial şəbəkələrdən düzgün istifadənin təbliği ilə bağlı 2 günlük təlimlər yekunlaşıb
2 Dekabr 2022

Bu həftə Masallı gəncləri üçün İKT bacarıqlarının artırılması və sosial şəbəkələrdən düzgün istifadənin təbliği ilə bağlı 2 günlük təlimlər keçdik.
Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə keçirilən layihənin məqsədi ucqar regionlarda yaşayan gənclərin İT savadlığının artırılması, gələcəkdə bu sahədə karyera və iş imkanlarının aşılanması, həmçinin texnologiyaların və sosial mediaların bu qədər sürətlə inkişaf etdiyi dövrdə sosial şəbəkələrdən düzgün istifadə qaydalarının təbliğidir.
Masallı və Astara rayonlarını əhatə edən təlimlərdə hər birində 15 gənc olmaqla ümumilikdə 30 gənc iştirak edəcək. Layihənin Astara fazası 3-4 dekabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi -2.0” proqramı çərçisində keçirilir.