Media layihəsi çərçivəsində sonuncu təlimimiz Tatiana Ravalli ilə baş tutdu
2 May 2023
Media layihəsi çərçivəsində sonuncu təlimimiz Tatiana Ravalli ilə baş tutdu.
Təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə təşkilatların PR və kommunikasiya strategiyasının düzgün qurulması, sosial media hesablarının analizi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Sonda iştirakçların ünvanladığı sualların cavablandırılması ilə görüş yekunladı.
Qeyd edək ki, "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi AR Medianın İnkişafı Agentliyi, AR Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilib.