MEET UP! “Gənclər Tərəfdaşlıq üçün” proqramının infosessiyası keçirilib
5 Oktyabr 2022

Bu gün NAYORA-nın Beynəlxalq Əlaqələr və Layihələr üzrə katibi Fatimə Əsədovanın təqdimatında MEET UP! “Gənclər Tərəfdaşlıq üçün” proqramı çərçivəsində elan olunan qrant müsabiqəsinin infosessiyası keçirilib.
Görüş zamanı iştirakçılara qrant müsabiqəsinə müraciət qaydaları ilə bağlı ətraflı məlumat verilib və sonda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, qrant müsabiqəsinə müraciət üçün son tarix: 31 oktyabr 2022-ci ildir.