“MEET-UP! Micro Projects 2023” gənclər üçün beynəlxalq qrant imkanı təqdim edir
26 Noyabr 2022

Son müraciət tarixi: 31 Yanvar 2023
“MEET-UP! Micro Projects 2023” gənclər üçün 1000 avroya qədər beynəlxalq qrant imkanı təqdim edir.
Qrant müsabiqəsinə Azərbaycan, Almaniya və digər Şərq Tərəfdaşlığı ölkələrindən olan 18-35 yaş aralığında tələbələr, gənclərlə iş sahəsində çalışanlar, gənc peşəkarlar və aktiv gənclər müraciət edə bilərlər.
Rəqəmsallaşma, sosial sahibkarlıq, gənclərin iştirakçılığı kimi mövzularda azı 2 ölkədən olan gənclərdən ibarət qrup tərəfdaşlıq etməklə layihəyə müraciət etməlidirlər.
Qranta müraciət üçün ən azı 2, maksimum isə 5 nəfərdən ibarət qrup formalaşdırmaq olar.
Qeyd 1: son müraciət tarixi 31 yanvar 2023-cü ildir.
Qeyd 2: layihə təklifinizi [email protected] ünvanına göndərməlisiniz.
Qeyd edək ki, bu qrant müsabiqəsi NAYORA ilə əlaqəli deyil. Gənclər üçün fürsət olduğuna görə, müsabiqəni sizinlə bölüşürük.