Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu” mövzusunda onlayn ictimai müzakirəmizin spikerlərini daha yaxından tanıyaq

2 Dekabr 2020

Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu” mövzusunda onlayn ictimai müzakirəmizin spikerlərini daha yaxından tanıyaq

✨“Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu” mövzusunda onlayn ictimai müzakirəmizin spikerlərini daha yaxından tanıyaq🤩

🔹İlkin Əliyev, İcma inkişafı mütəxəssisi

İlkin Əliyev icma inkişafı mütəxəssisi olaraq bir sıra dövlət və beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə konsultant olaraq fəaliyyət göstərir. İndiyə kimi gender əsaslı zarakılıqla mübarizə kampaniyası çərçivəsində bir sıra tədbirlər və qadınların səlahiyyətləndirilməsi ilə bağlı layihələrin təşkilatçısı olub. 9 aylıq Saranın atasıdır.

🔹Oktay Namazov, “Elephants Group”-nun qurucusu, rejisor

Docnomads film məktəbinin məzunudur. Sənədli filmlər istehsalı xaricində bədii və sənədli film layihələrində operator kimi fəaliyyət göstərir. İndiyə qədər 8 qısametrajlı sənədli film istehsal edib və hazırda ilk bədii filmi üzərində işləyir. Oktay Namazov 2019-cu ildən bəri DokuBaku IDFF idarə heyətinin üzvü və hazırkı buraxılışda icraçı direktordur.

🔹Əliyar Hüseynov, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə marketinq direktoru, P&G Azərbaycan

Aliyar Hüseynov 2012-ci ildə ABŞ Dövlət Departamentinin “SUSI” proqramının məzunu olub, 2016-2018-ci illərdə ABŞ təhsilli Azərbaycanlı Tələbələri İB-nin sədri olmuşdur, 2013-cü ildən P&G-də çalışır. Ailəlidir, 1 övladı var.

🔹Rüstəm Rüstəmli, bloger

Rüstəm Rüstəmli Azərbaycan Universiteti - gömrük işinin təhsili ixtisasını bitirib. Hazırda özəl şirkətdə HR manager vəzifəsində çalışır və eyni zamanda bloger olaraq fəaliyyət göstərir. 2 əkiz qız övladı var.

📌Qeyd edək ki, ictimai müzakirədə bir sıra qonaq spikerlər də yer alacaq.✨

Olduqca maraqlı mövzunu əhatə edən ictimai müzakirəmizə hər kəs, xüsusilə ⭐GƏNC ATALAR dəvətlidir🤗