“Ümid Günəşi” adlı ədəbi-bədii gecə keçirilib

6 Aprel 2023

“Ümid Günəşi” adlı ədəbi-bədii gecə keçirilib

4 aprel tarixində Heydər Əliyev Sarayında Aprel döyüşlərinin növbəti ilinə həsr olunmuş “Ümid Günəşi” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, könüllü gənclər, tələbələr, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir “Ümid Günəşi” bədii kompozisiyası, “Qəhrəman övladıyıq” adlı xor ifası, əməkdar və xalq artistlərinin ifalarını özündə cəmləyib.

Qeyd edək ki, tədbir “Böyük Qayıdış” Gənclər Təşkilatının və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Televiziyasının media tərəfdaşlığı ilə baş tutub.