Mingəçevirdə gənc atalar üçün seminarlar keçirilib

5 Mart 2021

Mingəçevirdə gənc atalar üçün seminarlar keçirilib

“ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində 1-2 mart tarixlərində Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində gənc atalar üçün seminarlar keçirilib.

 

Seminarlarda gənc atalar gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları və onların uşaqlara təsiri və ailədəki münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi rolu kimi mövzularda məlumatlandırılaraq müzakirələrdə iştirak ediblər.

 

Layihə çərçivəsində Mingəçevir şəhəri ilə yanaşı Lənkəran və Sumqayıt şəhərlərində də gənc atalar üçün aşağıda qeyd olunan tarixlərdə oflayn seminarlar keçiriləcəkdir.

Sumqayıt - 10-11  Mart 2021

Lənkəran - 13-14 Mart 202

Bakı – 16-17  Mart 2021

Qeydiyyat üçün: https://cutt.ly/qkZzeQD

 

Qeyd edək ki, "ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması" layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4GenderEquality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində NAYORA tərəfindən təşkil edilməkdədir.