Mingəçevir şəhərində gənclər üçün liderlik təlimi keçirilib
29 Avqust 2023

Mingəçevir şəhərində gənclər üçün liderlik təlimi keçirilib.
Bununla da “Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin Mingəçevir fazasının davamlılıq layihələri yekunlaşıb.
Mingəçevir Gənclər Evində 2 gün müddətində keçirilən təlimlərdə 25-dən çox gənc iştirak edərək liderlik, fəal vətəndaşlıq, ictimai vəkillik kimi mövzularda bilik və bacarıqlara yiyələniblər.
Qeyd edək ki, layihənin Lənkəran fazasının davamlılıq layihələri start götürüb.