Əməkdar artist, teleaparıcı Nərgiz Cəlilova ilə görüşümüz baş tutdu
20 Aprel 2023
Media layihəsi çərçivəsində bu dəfə ki, görüşümüz əməkdar artist, teleaparıcı Nərgiz Cəlilova ilə baş tutdu.
Təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə uğurlu nitq normaları, informasiyanın düzgün çatıdırılması yolları, nitqimizin təmiz olması üçün vurğunun əhəmiyyəti, natiqlik kimi mövzular ətrafında interaktiv müzakirələr aparılıb, həmçinin praktiki məşqlər də həyata keçirilib. İştirakçların ünvanladığı sualların cavablandırılması ilə görüş yekunlaşıb.
Qeyd edək ki, "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi AR Medianın İnkişafı Agentliyi, AR Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilir.