Moldova Milli Şurasının təşkilatçılığı ilə Kişinyov şəhərində görüş keçirilib
4 Dekabr 2022

Bu dəfə Moldova Milli Şurasının təşkilatçılığı ilə Kişinyov şəhərində keçirilən görüşdə iştirak etdik.
Belə ki, NAYORA-nın sədri Azər Əliyev, sədr müavini Rafael Hacıbəyli, Beynəlxalq əlaqələr və layihələr üzrə katibi Fatimə Əsədova Şərq Tərəfdaşlığı ölkələrinin Milli Şuralarının (Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ukrayna) növbəti 4 il üçün strateji planlaşdırma sessiyasında iştirak ediblər.
Görüşdə Milli Şuralar arasında əlaqələrin güclənməsi, növbəti illər üçün hədəflərin müəyyən olunması, gələcək əməkdaşlıqların müzakirəsi əsas prioritet istiqamətlərdən olub.
Qeyd edək ki, bundan əvvəl Tbilisi və Bakı şəhərində koordinasiya görüşü keçirilib.
Təşkilatçılıq üçün Moldova Milli Şurasına təşəkkürmüzü bildiririk.